AZ

Rusiyadan qonaq gələn qadını çimərlikdə gün vurdu

MİNGƏÇEVİR, 28 iyul. TELEQRAF

Rusiyadan qonaq gələn 34 yaşlı azərbaycanlı xanımı çimərlikdə gün vurub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı yaxınlığındakı çimərlikdə baş verib.

Dənizdə halı pisləşən 1991-ci il təvəllüdlü Məmmədova Ayşən Elşən qızı həkim briqadası tərəfindən təcili xəstəxanaya çatdırılıb.

İlkin müayinə zamanı ona günvurma diaqnozu qoyulub.

Qeyd edək Ayşən Məmmədova ailəsi ilə Rusiyada yaşayır, Şəmkirə doğmalarının yanına qonaq gəlib. O, bu gün Mingəçevir çimərliyində doğmaları ilə birgə istirahət edirmiş.

Seçilən
26
teleqraf.com

1Mənbələr