AZ

"Mançester Yunayted"dən 80 milyon avro tələb edirlər

"Leypziq"in hücumçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" sloveniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Leypziq" oyunçusunu satmağın əleyhinə deyil. Almaniya klubu 22 yaşlı forvard üçün "qırmızı şeytanlar"dan 80 milyon avro tələb edir.

Sloveniya millisininj üzvü ilə İngiltərədən "Nyukasl" da maraqlanır.

Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Hücumçu ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
6
50
sportal.az

2Mənbələr