AZ

İran 12 günlük müharibədə 23 sui-qəsdin qarşısını alıb

İran 12 günlük müharibədə 23 sui-qəsdin qarşısını alıb

İranın xüsusi xidmət orqanları İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli rəsmiyə sui-qəsd etmək planlarını aşkarlayıb və qarşısını alıb.

AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, İsrail rejiminin 12 günlük müharibə zamanı ölkənin yüksək vəzifəli 23 məmurunu qətlə yetirməyə yönəlmiş terror planları, həmçinin müharibədən əvvəlki aylarda 13 oxşar sui-qəsd planları aşkarlanaraq qarşısı alınıb. Nəticədə 35 yüksək vəzifəli mülki və hərbi şəxsin qətlindən xilas olunub.

İran xüsusi xidmətləri həmçinin iyun ayındakı qarşıdurma zamanı 450-dən çox xarici döyüşçünün ölkəyə daxil olmasının qarşısını alıb.

Kəşfiyyat Nazirliyi bildirir ki, ölkənin cənub-şərq sərhədlərinə yaxın ərazidə yerləşən 300 terrorçunun yeri müəyyən edilərək onların İran ərazisinə daxil olmaları və hərəkətləri dayandırılıb. Suriya ərazisində isə 150 radikal döyüşçüdən ibarət qrup tapılıb və onların İrana müdaxilə hazırlığı aşkarlanıb.

Nazirlik əlavə edir ki, İsrail “Bəluçistan Birləşmiş Cəbhəsi” adı altında yüzlərlə xarici muzdadı icarəyə götürərək fəaliyyət göstərmək istəyib və İran hüquq-mühafizə orqanları onların hərəkətlərini izləyir.

İran kəşfiyyatının bəyanatında deyilir ki, İsrailin “Mossad” xidməti və İran müxalifləri Tehranda kütləvi iğtişaşlar törətmək planlaşdırırdı. Xüsusilə, “Mossad” rəhbərliyi altında monarxistlərin silahlı qruplar təşkil edib 22 iyunda Tehrana göndərilməsi və növbəti gün – 23 iyunda Əvin həbsxanasına edilən hücum zamanı terror aktları törətmək planları ifşa olunub.

Polis və təhlükəsizlik orqanları bu planları qabaqlayaraq 23 əyalətdə 122 nəfəri saxlayıb, onların Tehrana gəlib iğtişaşları əlaqələndirmələrinin qarşısını alıb.

Seçilən
13
afn.az

1Mənbələr