AZ

Ehtiyatda olan zabitin böyük məbləğdə pulu ələ keçirilibVİDEO

Ehtiyatda olan zabit Fariz Məmmədov aldadıldığını və 10 min manatdan çox pulunun ələ keçirildiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər rayonu, Binə qəsəbə sakini Fariz Məmmədov iddia edir ki, atasının yaxın dostu onu  aldadıb. Belə ki, ona kəsilmiş müavinəti bərpa etmək sözü  verilib. Amma 1 ildir ki, nə müavinəti

bərpa olunur, nə də əli ilə verdiyi pulu geri ala bilir.

Onun sözlərinə görə, atasının dostunun iştirakı ilə 10 min 500 manatı Qaradağ rayonu, Sahil qəsəbə sakini Nigar Nəsrullayevaya verib.

Səslənən iddialarla bağlı Nigar Nəsrullayevaya  ilə əlaqə  saxlamağa çalışdıq, lakin zənglərimizə cavab  verilmədi.

Vətəndaşın müraciəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən sorğumuza cavab olaraq bildirlib ki, vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, daxil olmuş müraciətlə bağlı aidiyyəti üzrə araşdırma aparılır.

Fakta görə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
xezerxeber.az

1Mənbələr