AZ

"Follikul donorluğunu heç bir müəssisə özbaşına etməməlidir" — AÇIQLAMA

"Reproduktiv sağlamlığa aid olan məsələlər genofonda aid olduğuna görə bunlar anonim də olsa, ciddi nəzarət altında olmalıdır. Burada hər şeyin sirri, anonimlik qorunur, amma ciddi nəzarət mütləq olmalıdır. Çünki burada etnik məsələlər, digər sağlamlıq məsələləri var. Bu qanunda olan boşluqlardan irəli gəlir". 

Bunu Demokrat.az-a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla deyib.

"Qanuna əsasən, follikul donorluğunu əslində heç bir müəssisə özbaşına etmək ixtiyarında olmamalıdır. Amma qanunda boşluqlar olduğu üçün bu hələlik hüquqi məsuliyyət də yaratmır. Mən düşünürəm ki, bu məsələlər o qədər ciddidir ki, donor haqqında qanun, reproduktiv sağlamlıq haqqında qanun müzakirə olunmasına baxmayaraq, hələ də öz həllini tapmayıb. Yəqin ki, müvafiq orqanlar bu cür faktlardan xəbərdardırlar və bununla bağlı ölçü götürməlidirlər".

Əfsanə Kamal
Demokrat az
Seçilən
1
1
demokrat.az

2Mənbələr