Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa Gənclər Paralimpiya Oyunlarında çıxış edən Milli Paralimpiya komandamız Vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Paralimpiyaçılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Paralimpiya Komitəsinin rəsmiləri, media nümayəndələri və idmançıların ailə üzvləri qarşılayıb.
Qeyd edək ki, komandamız turnirdə 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.
Atıcılarımız Avropa rekorduna imza atıblar
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat
İdmançımız Avropa çempionatında tarixi nailiyyətə imza atıb
Azərbaycan İdman Akademiyası beynəlxalq layihəyə qoşulub