GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ABŞ-la ticarət razılaşmasına görə kəskin şəkildə tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Orban bildirib ki, Avropa İttifaqı ilə ABŞ arasında imzalanan saziş Avropa maraqlarına zidd olub və daha çox Vaşinqtonun maraqlarına xidmət edir:
“Bu, Prezident Donald Trampın Ursula fon der Leyen ilə bağladığı bir razılaşma deyildi. Bu, Donald Trampın səhər yeməyində Ursula fon der Leyen yeməyi idi,” – deyə Macarıstan lideri ironik şəkildə bildirib.
Qeyd edək ki, “The New York Times” daha əvvəl yayımladığı analizdə Avropa İttifaqı ilə ABŞ arasında tariflərin müəyyən dərəcədə azaldılmasına baxmayaraq, Aİ iqtisadiyyatının bu razılaşmadan itki ilə çıxdığını qeyd edib. Belə ki, tariflər 30 faizdən 15 faizə endirilsə də, bu, Avropa sənayesinə müsbət təsir göstərməyib, əksinə müəyyən sektorlarda zərərli nəticələr doğurub.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.