AZ

Tramp İrana ABŞ-ın yenidən hücumu ilə bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp İranı HƏMAS-la danışıqlara müdaxilə etməkdə günahlandırıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, ABŞ liderinin fikrincə HƏMAS və İsrail arasında girovların azad edilməsi ilə bağlı Qətərdə keçirilən danışıqlara İran müdaxilə edib.

“Məncə onlar bu danışıqlara qarışıblar. Onlar HƏMAS-a əmrlər və siqnallar veriblər. Bu yaxşı hal deyil”, – Tramp qeyd edib.

O, İranın uran zəginləşdirməsi prosesinə başlayacağı təqdirdə, ABŞ-ın yenidən İrana hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Seçilən
20
13
hurriyyet.az

10Mənbələr