AZ

Mərakeşdə hərbi təyyarə qəzaya uğradı – iki zabit öldü

BAKI. 28 iyul. TELEQRAF

Mərakeşdə təlim zamanı hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki zabit ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Mərakeş ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim məqsədilə istifadə edilən “Alfa Jet” təyyarəsi paytaxt Rabatın şərqindəki Fez şəhərində qəzaya uğrayıb.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

Hadisənin müxtəlif aspektlərini araşdırmaq üçün komissiya yaradılıb.

Seçilən
48
3
teleqraf.com

4Mənbələr