AZ

Doğma klubunu tərk etdi

Gözlənildiyi kimi, Saul Nyiqes “Atletiko”dan ayrılıb.

Klubun mətbuat xidmətini yaydığı xəbərə görə, İspaniya millisinin sabiq üzvü 2008-ci ildən çıxış etdiyi Madrid təmsilçisini tərk edib. 30 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Saul doğma klubu “Atletiko”da 427 oyuna çıxıb, 48 qol vurub, 26 qolun ötürməsini edib. O, ötən mövsüm icarə əsasında “Sevilya”da oynayıb.

Seçilən
6
1
football-plus.az

2Mənbələr