"Sumqayıt" klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 2025/26 mövsümü üçün çalışmalarını davam etdirən klub Rüstəm Əhmədzadəni heyətinə cəlb edib. Ötən mövsümü "Zirə"də keçirmiş milli komandamızın üzvü Rüstəm Əhmədzadə ilə 2+1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu "Sumqayıt"da "7" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini heyətinə qatıb.