AZ

Masallı rayon İcra başçısı Şəhidin doğum gününüdə məzarını və ailəsini ziyarət etdi » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.

25 iyul 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəliyi, bələdiyyə və media nümayəndələri tərəfindən şəhid Sübhan Həsənovun doğum günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olunmuşdur.

Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.

Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.
Seçilən
1
1
azadmedia.az

2Mənbələr