Abşeron rayonu, Novxanı kəndində dənizdə iki nəfər boğulub.
Xezerxeber.az xəbər verir ki, şahidlərin sözlərinə görə, 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlu dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
Bu zaman hərbi qulluqçu 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlu onu xilas etmək üçün suya atılıb. Lakin güclü dalğalar onların hər ikisinin boğulmasına səbəb olub. Onların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
O da məlum olub ki, həmin ərazi qeyri-çimərlik zonası olub və burada xilasetmə xidməti yoxdur.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Akşin Əlili bildirib ki, hadisə baş verən ərazi rəsmi şəkildə çimərlik statusu daşımır, orada xilasedici postu və nəzarət yoxdur. Lakin bununla belə, yay mövsümündə insanlar həmin zonaya axın edir, heç bir təhlükəsizlik qaydasına əməl etmədən dənizə girirlər. Bəzən bu, faciə ilə nəticələnir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.