AZ

BMT-də Suriyadakı kilsələrin müdafiəsi ilə bağlı çağırış edildi

Rusiya rəsmi olaraq Suriya hakimiyyətindən ölkədəki pravoslav ziyarətgahlarının mühafizəsi üçün tədbirləri gücləndirməyi tələb edib.

Qaziler.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. Onun BMT Təhlükəsizlik Şurasındakı çıxışı bu yaxınlarda Dəməşqdə 20-dən çox insanın həlak olduğu terror aktı ilə bağlı olub.

“İyunun 22-də Dəməşqin şərqində İlyas peyğəmbərin Antioxiya pravoslav kilsəsində 20-dən çox insanın ölümü və onlarla suriyalının yaralanması ilə nəticələnən terror aktı ən sərt qınaqlara layiqdir. Biz Suriya hakimiyyətini terror təhlükəsi ilə mübarizə səylərini gücləndirməyə və pravoslav ziyarətgahlarının lazımi şəkildə mühafizəsini təmin etməyə çağırırıq”, - Polyanski deyib.

Diplomat Suriyada terror təhlükəsinin səviyyəsinin yüksək olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu cinayətə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb edilməlidir.

Xatırladaq ki, insident iyun ayında kamikadzenin kilsəyə girərək atəş açması və partlayıcı qurğunu işə salması ilə baş verib. Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, azı 20 nəfər həlak olub, 52 nəfər isə yaralanıb.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr