AZ

"Benfika" Fernandeşin "Spartak"a transferinə razılaşıb

“Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeşin Moskva “Spartak”ına keçidi yaxınlaşıb.

90deqiqe.Az-ın “O Jogo”ya istinadən verdiyi məlumata görə, futbolçunun hüquqlarının 50%-nə sahib olan Portuqaliyanın “Benfika” klubu transferə razılıq verib.

Mənbənin bildirdiyinə əsasən, məhz “Benfika”nın razılığı olmaması sövdələşmənin daha əvvəl baş tutmasına mane olub. Artıq portuqal klubu “Beşiktaş”dan Jedsomun transferi üçün 10 milyon avro məbləğində təzminat alacaq.

Qeyd edək ki, “Beşiktaş” Jedson Fernandeşin transfer hüquqlarını 2022-ci ilin yayında “Benfika”dan 6 milyon avroya əldə etmişdi.

Əvvəlki məlumatlara görə, 26 yaşlı futbolçunun “Spartak”dakı illik maaşı 2,5 milyon avro təşkil edəcək. Müqavilədə asanlıqla əldə edilə biləcək bonuslarla bu məbləğ 3,5 milyon avroyadək arta bilər.

Seçilən
12
90deqiqe.az

1Mənbələr