AZ

"Sumqayıt" Rüstəm Əhmədzadə transferini açıqladı - RƏSMİ

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Operativ Media xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Zirə"də keçirmiş milli komandamızın üzvü Rüstəm Əhmədzadə ilə 2+1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu "Sumqayıt" FK-da "7" nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, "Sumqayıt" FK buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini heyətinə qatıb.

Seçilən
29
1
operativmedia.az

10Mənbələr