AZ

Təmir edilən yol yenə çökdüVİDEO

Bir müddət əvvəl təmir edilən yolda çökmə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, 8 Noyabr prospektindən gedir.

Ərazidən istifadə edən sürücülər mövcud vəziyyət səbəbindən həmin yerdə sürəti azaltmalı olurlar. Yola elə də bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər. Bu isə xüsusən gecə  saatlarında təhlükəli vəziyyət yaradır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, yaxın günlərdə həmin ərazidə işlərə başlanacaq.

Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmə baş vermişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



 

Seçilən
19
10
xezerxeber.az

10Mənbələr