AZ

Böyük Britaniya Fələstini tanıya bilər

Böyük Britaniya 2029-cu ilə qədər Fələstini rəsmi şəkildə tanıya bilər.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds Sky News-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ hazırkı parlamentin səlahiyyət müddəti başa çatmazdan əvvəl gündəmə gələ bilər.

“Hazırkı parlament dövründə Fələstinin tanınması mümkündür, əgər bu addım münaqişənin həllində irəliləyişə səbəb olarsa. Bu qərar yalnız bir dəfə verilə bilər və əgər sadəcə rəmzi xarakter daşıyarsa, münaqişənin sonlanmasına yardım etməyəcək”,- nazir qeyd edib.

AzPost.az

Seçilən
24
azpost.info

1Mənbələr