AZ

ABŞ Tayvana "Abrams" tanklarının yeni partiyasını təhvil verib

ABŞ Tayvana 42 "M1A2T Abrams" ABŞ tankından ibarət partiyanı təhvil verib.

News365.az xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb.

"ABŞ-dən satın alınmış 42 "M1A2T Abrams" tankının ikinci partiyası Taybey limanına gəlib və Sinçju bölgəsinin Hukou qəsəbəsindəki ordunun zirehli təlim komandanlığına çatdırılıb", - deyə məlumatda bildirilib.

Tanklar 2019-cu ildə bağlanmış 2.2 milyard dollarlıq razılaşma çərçivəsində tədarük edilib. Müqaviləyə əsasən, Tayvan ABŞ-dən 108 ədəd texnika almalıdır. Onlardan 38-i 2024-cü ilin sonunda təhvil verilib, 28 "Abrams" tankından ibarət son partiya isə 2026-cı ildə təhvil veriləcək.

Qeyd edək ki, dekabrın 21-də, səlahiyyət müddətinin sonunda ABŞ prezidenti Co Bayden Tayvana 571 milyon dollar həcmində hərbi yardımın çatdırılması ilə bağlı göstəriş verib. Qeyd olunur ki, dəstək çərçivəsində Tayvana ABŞ Müdafiə Nazirliyinin xidmətləri, o cümlədən "hərbi hazırlıq və təlim" də veriləcək.

Seçilən
16
2
news365.az

3Mənbələr