AZ

ABŞ Ukraynanı Alyaskaya dəyişdi Trampın məqsədi nədir?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Ukraynada yeni pilotsuz təyyarələri sınaqdan keçirməyi planlaşdırıb, lakin sonda məkanı Alyaskaya dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

“Elektron müharibə sınaqları üçün uyğun yer tapmaq asan məsələ olmadığından ABŞ axtarışlara başlayıb. Siyahıda Ukrayna olmaqla, müxtəlif variantlar nəzərdən keçirilib. Hesab olunub ki, dünyada belə testlər üçün Ukraynadan daha uyğun yer yoxdur.

Proqram meneceri Kris Bonzagni hesab edir ki, Pentaqon dron istehsalçılarının Ukraynaya göndərilməsini təmin edə bilər, lakin ABŞ ordusu münaqişədə rəsmi iştirakdan ehtiyatlanır. Donald Tramp administrasiyası ilə Ukrayna rəhbərliyi arasında artan siyasi gərginlik əlavə fəsadlar yaradır.

“Defence News” yazır ki, bütün bu səbəblərdən Ukrayna ərazisində sınaqların keçirilməsi qeyri-real hesab edilib və nəticədə Alyaskadakı Fort Wainwright hərbi bazasından istifadə etmək qərarı verilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
globalinfo.az

2Mənbələr