"Fənərbağça" İtaliyanın “Sassuolo” klubunda çıxış edən hücumçu Armand Lauriente ilə razılıq əldə edib.
Fanat.Az xəbər verir ki, məlumatın sabah rəsmi olaraq ictimaiyyətə açıqlanacağı gözlənilir.
Bu barədə Türkiyənin məşhur "Sabah" nəşri məlumat yayıb.
Klublar arasında aparılan danışıqlar müsbət yekunlaşıb. İstanbul təmsilçisi transfer üçün 15 milyon avro məbləğində bonservis haqqı ödəyəcək. 25 yaşlı futbolçunun illik 2 milyon avro maaş alacağı bildirilib.
Qeyd edək ki, fransalı vingerin yaxın günlərdə Türkiyəyə gələrək tibbi müayinədən keçməsi və daha sonra Fənərbağça ilə rəsmi müqavilə imzalaması gözlənilir.
Kamil Xudiyev