ABŞ prezidenti Donald Tramp Rusiya xalqına rəğbət bəslədiyindən ona qarşı yeni sanksiyalar tətbiq etmək istəmədiyini bildirib.
Bununla belə, o, tərəflər Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə etməsələr, bunu etməyə məcbur olacağını bildirib: “Mən Rusiyaya bunu etmək istəmirəm, mən rus xalqını sevirəm, onlar böyük insanlardır” – Tramp Şotlandiyaya səfəri zamanı deyib.
Xatırladaq ki, iyulun 28-də ABŞ prezidenti Rusiya ilə Ukrayna arasında razılığın əldə olunması üçün yeni müddət təyin edib. Bu müddət əvvəllər nəzərdə tutulan 50 gün əvəzinə 10-12 günü keçməyəcək. Donald Trampın sözlərinə görə, o, İstanbulda keçirilən keçmiş görüşlərdə irəliləyişin olmamasından narazıdır.
//Samir Qurbanov, Editor.az