AZ

Ukraynadan inanılmaz hücum: Rusiya iflic oldu Video

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

“Aeroflot” sistemləri hakerlər tərəfindən çökdürülüb. Şirkətin İT infrastrukturunun tamamilə məhv edildiyini deyilir.

Bakupost.az xəbər verir ki, “Silent Crow” və “Belarusun Kiber Partizanları” qrupları genişmiqyaslı haker hücümü elan edib. Onların sözlərinə görə, əməliyyat bir il davam edib və hava yolu nəhənginin daxili İT sisteminin tamamilə dağılması ilə başa çatıb: 7000-ə yaxın server məhv edilib, 20 TB məlumat oğurlanıb.

“Hakerlər hücumu əsas infrastrukturu qoruya bilməyən Rusiya xüsusi xidmət orqanlarına “mesaj” adlandırır və yaxın gələcəkdə məlumat sızdırmağa başlayacaqlarına söz verirlər. Xatırladaq ki, bu gün “Aeroflot” şirkəti “uğursuzluq” barədə məlumat vermiş və 50-dən çox uçuşu ləğv etmişdir. Şeremetyevo hava limanında xaos başlayıb”, - politoloq Dadaş Əhmədli qeyd edib.

O xatırladıb ki, “Aeroflot” kompüterləri heç bir yerdə işləmir və şirkətin İT sisteminə kiberhücum artıq “Hörümçək toru” əməliyyatı ilə müqayisə edilir. Aeroflotun bu gün heç bir uçuşu olmayacaq. Mətbuat təyyarələrə hətta yanacaq doldurmağın mümkün olmadığını yazır.

“Aeroflot” ləğv edilmiş reyslərin sərnişinlərindən hava limanına gəlməməyi xahiş edir. Artıq Şeremetyevo və Pulkovoda böyük növbələr yaranıb.

Şirkət bildirir ki, “xidmətlər bərpa olunduqdan sonra” pulu qaytarmaq və ya bileti yenidən rəsmiləşdirmək mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
www.bakupost.az

2Mənbələr