AZ

Joau Feliks “Əl-Nəsr”lə məşqlərə başladı

Portuqaliyalı hücumçu Joau Feliksin “Çelsi”dən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transferi hələ ki rəsmi şəkildə təsdiqlənməyib.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu buna baxmayaraq artıq Avstriyada təlim-məşq toplanışında yeni komandası ilə birlikdə çalışır. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

“Əl-Nəsr”də Feliks öz həmvətəni və dünya futbolunun əfsanəsi Kriştianu Ronaldu ilə birləşib. Komandanın sükanı arxasında isə yenidən Portuqaliyanın tanınmış mütəxəssisi Jorje Xesus durur.

Xatırladaq ki, Feliks 2024/2025 mövsümünün ikinci yarısını “Milan” klubunda icarə əsasında keçirmişdi.

Qeyd edək ki, “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında üçüncü yeri tutub. Klub qarşıdakı mövsümdə daha yüksək nəticələr əldə etməyə çalışacaq.

Seçilən
18
90deqiqe.az

1Mənbələr