ain.az bildirir, GlobalInfo portalına istinadən.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə təkbətək formatda görüşmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Eysmont bildirib ki, liderlər arasında istər ikitərəfli münasibətlər, istərsə də beynəlxalq gündəmə dair daim müzakirə olunmalı məsələlər mövcuddur:
“Belarus və Rusiya Prezidentlərinin, şübhəsiz ki, hər zaman müzakirə edəcəkləri bir şey var. Həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq gündəliyə aid mövzular var”, – deyə o vurğulayıb.
Minsk tərəfi əlavə edib ki, bütün mühüm məsələlərin şəxsi ünsiyyət formatında müzakirə olunması daha məqsədəuyğundur. Buna görə də iki lider artıq qarşıdakı görüş barədə razılığa gəlib.
Qeyd edək ki, iyulun 27-də Aleksandr Lukaşenko ilə Vladimir Putin arasında telefon danışığı baş tutub. Bundan öncə isə Rusiya Federasiyasının Belarusdakı səfiri Boris Qrızlov Belarus prezidentinə Putinin salamlarını çatdırmışdı.
Hazırda görüşün yeri və tarixi dəqiqləşdirilməsə də, gözləntilərə görə yaxın vaxtlarda baş tuta bilər.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.