Ukrayna Prezidenti Volodimir Zelenski bu gün əsirlərin azad olunması və onlara yardım göstərilməsi ilə bağlı komanda üzvləri ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, görüş zamanı Olenivkada baş verən terror aktında həlak olan hərbçilərin xatirəsi anılıb və əsirlərin geri qaytarılması məsələsi müzakirə olunub.
Volodimir Zelenski bildirib ki, müharibənin əvvəlindən bu günə qədər 5857 nəfər əsirlikdən sağ olaraq geri qaytarılıb, 555 şəxs isə digər yollarla geri qaytarılıb.
Prezident qeyd edib ki, dəyişmələr davam etməlidir və hər bir əsirin taleyi diqqətlə araşdırılmalıdır.
O, bu işə töhfə verən hər kəsə təşəkkür edib.