AZ

Tələbələrin köçürülməsi prosesi ilə bağlı şikayətlər artırVİDEO

Son günlər tələbələrin köçürülməsi ilə bağlı media və sosial şəbəkələrdə şikayətlər artıb.

Xezerxeber.az-ın məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məsələyə aydınlıq gətirib.

Agentliyin direktor müavini Nicat Əsədli deyib ki, tələbələrin köçürülməsi ilə bağlı hər müraciət fərdi qaydada araşdırılır, nəticə ilə bağlı müvafiq rəy təqdim olunur.

Onun sözlərinə görə, əgər tələbə verilən qərarla razılaşmırsa, Apellyasiya Komissiyasına müraciət edə bilər. Direktor müavini köçürülmə qaydalarının konkret meyarlarla tənzimləndiyini deyib.

Agentliyin direktor müavini Türkiyədə təhsil alan tələbələrlə bağlı çoxsaylı müraciətlərin olduğunu bildirib.

Qeyd edək ki, tələbələrin köçürülməsi prosesi iyulun 22-də yekunlaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

Seçilən
7
1
xezerxeber.az

2Mənbələr