AZ

Yaxın Şərqdə sülh axtarışı: Putin və Netanyahu razılaşdı

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Turkustan.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Netanyahu arasında telefon danışığı olub.

Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyi görüşdə Rusiya tərəfi regiondakı problemlərin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.

Putin Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinin, ölkədəki bütün etnik və dini qrupların qanuni hüquq və maraqlarına hörmət edilməklə, daxili siyasi sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə İran ətrafındakı vəziyyət də müzakirə edilib və Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələnin danışıqlar yolu ilə həlli üçün əlindən gələni etməyə hazır olduğu bildirilib.

Putin və Netanyahu beynəlxalq və ikitərəfli məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr