Bakı, 28 iyul, AZƏRTAC
"Sumqayıt" klubu 2025/26 mövsümündə heyətini gücləndirmək üçün daha bir futbolçunun keçidini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Zirə"də keçirmiş milli komandanın üzvü Rüstəm Əhmədzadə ilə 2+1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu "Sumqayıt"da 7 nömrəli formada çıxış edəcək.
Rüstəm müqavilə əsasında "Qarabağ"a məxsus olub.
Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini heyətinə qatıb.