AZ

Qazaxıstan prezidenti Türkiyəyə gedib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edib. 

Operativ Media xəbər verir ki, Tokayevi Esenboğa Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Qazaxıstan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan və Türkiyə prezidentləri hava limanında qısa söhbət ediblər

"Qonaqpərvərliyinizə görə sizə təşəkkür etmək istərdim. Görüş üçün xüsusi olaraq hava limanına gəlməyiniz mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında heç bir ziddiyyət yoxdur. Bizi təkcə dostluq deyil, həm də səmərəli əməkdaşlıq bağlayır. Sabah bizim mühüm danışıqlarımız olacaq”, - deyə Kasım-Jomart Tokayev bildirib.

İyulun 29-da dövlət başçıları Qazaxıstan-Türkiyə genişləndirilmiş strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə dair danışıqlar aparacaqlar.

Seçilən
22
2
operativmedia.az

9Mənbələr