AZ

Şəkidə iki avtomobil toqquşub - Ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəkişəhəri, Çayqaraqoyunlu kəndində yol-nəqliyyat hadisəsinin başverməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumatdaxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar qəzayerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,“Mitsubishi” və “VAZ” markalı iki minik avtomobili toqquşub və 1nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
7
az.trend.az

1Mənbələr