AZ

Türkiyə KAAN-ı İndoneziyanı qoruyacaq

Türkiyə və İndoneziya 48 ədəd beşinci nəsil KAAN qırıcılarının alınmasına dair müqavilə imzalayıb.

Bu, İstanbulda keçirilən IDEF25 müdafiə sərgisində baş verib.

Editor.az bildirir ki, bu barədə “Army Recognition” məlumat yayıb. İndoneziya uzun müddətdir ki, yeni türk təyyarəsi ilə maraqlanır. Müqavilənin imzalanması ilə tərəflər KAAN-ın Asiya ölkəsinə ixracı üçün lazım olan bütün rəsmiləşdirmələri tamamlayıblar.

Daha əvvəl dərc edilmiş memorandumda qeyd edildiyi kimi, KAAN tədarükləri 120 ay ərzində tamamlanmalıdır. 10 illik layihənin dəyəri 10 milyard dollardan çox qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr