AZ

ABŞ və Çin liderlərinin görüşü müzakirə olunur

ABŞ və Çin liderlərinin görüşü müzakirə olunur

ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin yaxın gələcəkdə şəxsi görüş keçirməyə maraqlıdırlar.

AFN.az CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qriri bildirib.

Onun sözlərinə görə, liderlər arasında müsbət münasibətlər var və tez-tez əlaqə saxlayırlar. Bu səbəbdən onların görüşü yaxın perspektivdə gündəmdədir. “Harada və nə vaxt baş tutacağı bəlli deyil, amma bu məsələ hər iki tərəfin gündəmindədir”, – deyə o bildirib.

Daha əvvəl “South China Morning Post” qəzeti yazmışdı ki, Tramp və Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən əvvəl və ya sammit zamanı görüşə bilərlər.

ABŞ prezidentinin oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək sammitdən əvvəl Çinə səfər edəcəyi də istisna edilmir.

Seçilən
13
afn.az

1Mənbələr