Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında boks üzrə Avropa çempionatında əsl dram yaşanıb.
Publika.az xəbər verir ki, 75 kq çəki dərəcəsində 13 yaşlı serb Viktor Majstoroviçlə azərbaycanlı Yusif Ağakişiyev arasında döyüş zamanı rusiyalı hakim Stefan Çubalevski açıq-aşkar serbin lehinə qərarlar qəbul edib.
Emosiyalarına hakim ola bilməyən Ağakişiyevin məşqçisi rinqə daxil olaraq hakimə hücum edib.
Belə ki, hakim Ağakişiyevə haqsız olaraq təkrar qayda pozuntusuna görə xəbərdarlıq etdikdən sonra məşqçi qəzəblə rinqə qaçıb, hakimi arxadan itələyib, sonra isə boynundan tutub boğmağa başlayıb və onu rinqin kənarına sürükləyib.