AZ

Azərbaycan təmsilçisi rinqdə hakimin boğazından yapışdı Video

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, münaqişə Yusif Ağakişiyevlə serbiyalı boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı baş verib.

Belə ki, görüşü idarə edən şimali makedoniyalı hakim Stefan Subalevskinin qərarlarındna narazı qalan azərbaycanlı təmsilçisi rinqə daxil olaraq, hakimə müqavimət göstərib.

Bundan sonra döyüş dayandırılıb, boksçumuza məğlubiyyət verilib. Bununla da idmançımız gümüş medalla kifayətlənməli olub.

Azərbaycan Boks Federasiyasından sorğumuza cavab olaraq bildirilib ki, Yusif Ağakişiyelə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı qanunveriliciyə uyğun olaraq addım atılacaq:

“Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Kuba Subalevski qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldı. Onu çempionluqdan məhrum etdi. Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyəti beynəlxalq təşkilata müraciət hazırlanır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
8
qafqazinfo.az

10Mənbələr