ABŞ-nin Nevada ştatının Reno şəhərində naməlum şəxs kazinoda atəş açıb, bir neçə nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata əsasən, bir neçə nəfər güllə yarası alıb. Atəş açan şəxs saxlanılaraq xəstəxanaya aparılıb.
Hadisənin səbəbləri, həmçinin zərərçəkənlərin dəqiq sayı və sağlamlıq durumu barədə hələki məlumat verilməyib.