AZ

Məhkəmə Ara Abrahamyanın torpaqlarını əlindən alıb

İrəvanın mərkəzindəki torpaqlar Rusiya Erməniləri İttifaqının rəhbərinin əlindən alınıb.

APA xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ara Abrahamyanın “Consent Armenia” şirkətinə məxsus olan 2860 m² torpaq sahəsini əlindən alıb.

Məlumata görə sözügedən torpaq sahəsi İrəvan şəhərinin mülkiyyətinə verilib.

Qərar bir aydan sonra qüvvəyə minəcək. Qeyd olunur ki, qanunsuz özəlləşdirmə işi 2023-cü ildə başlanıb.

Seçilən
13
6
apa.az

8Mənbələr