AZ

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaş sayı artırılır

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) daha çox əməkdaş cəlb etmək imkanı əldə edib; müvafiq qanunu ölkə prezidenti Vladimir Zelenski imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.

Sənəd növbəti gündən qüvvəyə minəcək. Bundan sonra SBU prezident aktlarına düzəlişlərin hazırlanması ilə bağlı təkliflərini təqdim etməlidir ki, qanunun müddəaları həyata keçirilsin.

Əməkdaş sayının artırılması ilə yanaşı, xüsusi xidmət orqanlarına “müdafiə tapşırıqları”nı yerinə yetirərkən texnika və silahdan istifadə hüququ veriləcək. Bundan əlavə, SBU-nun terrorla mübarizə üzrə bölməsi yenidən təşkil olunaraq ən azı 10 min əməkdaşdan ibarət operativ-döyüş fəaliyyətinə hazır “A” xüsusi əməliyyatlar mərkəzinə çevriləcək.

Seçilən
5
nocomment.az

1Mənbələr