Ankara hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət olub.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Akordanın Mətbuat xidməti məlumat yayıb.
"Qonaqpərvərliyinizə görə sizə təşəkkür etmək istəyirəm. Görüş üçün xüsusi olaraq hava limanına gəlməyiniz mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında heç bir ziddiyyət yoxdur. Bizi təkcə dostluq deyil, həm də səmərəli əməkdaşlıq bağlayır. Sabah bizim mühüm danışıqlarımız olacaq", - Tokayev bildirib.
Qeyd edək ki, iyulun 29-da dövlət başçıları Qazaxıstanla Türkiyə arasında genişləndirilmiş strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparacaqlar.