AZ

Araz Ağalarov Bakıya gəldi – "Sea Breeze"ə baş çəkdi

Rusiyada yaşayan azərbaycanlı iş adamı və tanınmış milyarder Araz Ağalarov səfər məqsədilə Bakıya gəlib.

Hurriyyet.Az xəbər verir ki, məlumatı onun oğlu, Xalq artisti Emin Ağalarov sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşımda Emin atasına "Sea Breeze" istirahət kompleksini ilk dəfə ətraflı şəkildə təqdim etdiyini qeyd edib.

Eminin sözlərinə görə, Araz Ağalarov bu əraziyə sonuncu dəfə təxminən 7 il əvvəl baş çəkib. O dövrdə kompleksin bu günkü səviyyədə inkişaf etmiş infrastrukturu mövcud olmayıb.

Sənətçi həmin anları musiqi ilə də xüsusi şəkildə əbədiləşdirib – paylaşımda fon musiqisi kimi "Ata" adlı bəstəsi səsləndirilib. Video və fotolarda ata-oğulun istirahət və nostalji dolu anları əks olunub.

Ağalarov ailəsinin "Sea Breeze" ziyarəti sosial şəbəkələrdə böyük maraq doğurub.

 

 

Seçilən
7
1
hurriyyet.az

2Mənbələr