AZ

Sankt-Peterburqda miqrantlara taksi sürücüsü işləmək qadağan edilib

Sankt-Peterburqda əcnəbilərə 2025-ci ilin sonuna qədər taksi sürücüsü işləmək qadağan edilib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki,M müvafiq sərəncamı şəhərin qubernatoru Aleksandr Beqlov imzalayıb.

“Sankt-Peterburq ərazisində sahibkarlıq subyektlərinə İqtisadi fəaliyyət növlərinin Ümumruisya təsnifatının müəyyən növləri üçün patent əsasında əmək fəaliyyətini həyata keçirən xarici vətəndaşların işə götürülməsinə qadağa qoyulur”, - nəşr yazır.

Şəhər rəhbərliyinin bu qərarı taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, habelə Rusiya vətəndaşları üçün əlavə iş yerləri yaratmaq məqsədilə qəbul etdiyi bildirilir.

Sahibkarlara üç aylıq keçid dövrü müəyyən edilib ki, bu da əcnəbilərlə mövcud əmək münasibətlərinə xitam verməyə və yeni işçilər seçməyə imkan verəcək

QAZİLER.AZ

Seçilən
24
4
qaziler.az

4Mənbələr