“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola öz bioloji yaşı haqqında danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı bu barədə “GQ” jurnalına müsahibəsində bildirib.
“Mənim indi 75 yaşım var (gülür). Özümü tamamilə yorğun hiss edirəm, hər tərəfim ağrıyır. Ola bilsin ki, analiz versəm, yaşım daha az çıxar. Ümid edirəm, zamanla özümü indikindən daha yaxşı hiss edəcəyəm. Buna görə də bərpa olunmaq üçün yaxşı yerlərə ehtiyacım var”
Bundan əlavə, ispan mütəxəssis “Mançester Siti”dəki dövr başa çatdıqdan sonra məşqçilik karyerasına fasilə verməyi planlaşdırdığını da açıqlayıb.
Qeyd edək ki, hazırda 54 yaşı olan Qvardiolanın “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin ortasına qədər qüvvədədir.