AZ

Duqlas Luis "Yuventus"dan ayrılmağa yaxındır

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis bir neçə İngiltərə klubu tərəfindən maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu komandanın yay toplanışına qatılmayıb, bu isə klub rəhbərliyi tərəfindən mənfi qarşılanıb. Gözlənilir ki, “Yuventus” braziliyalı oyunçunu bu davranışına görə cərimələyəcək.

27 yaşlı Luislə “Nottingem Forest”, “Everton” və “Vest Hem” maraqlanır. Lakin hələlik bu maraq rəsmi təklifə çevrilməyib. Klublar futbolçu üçün tələb olunan 40 milyon avroluq məbləği ödəməyə hazır deyillər.

Qeyd edək ki, Duqlas Luis ötən mövsüm 27 oyunda iştirak edib, lakin heç bir məhsuldar nəticəyə imza atmayıb.

 

 

Seçilən
33
90deqiqe.az

1Mənbələr