AZ

Ermənistanın fəxri konsulu Yekaterinburqdan geri çağırılıb - KİV

Ermənistanın fəxri konsulu Narek Spartakyan Yekaterinburqdan geri çağırılıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə URA.RU məlumat yayıb.

Saytın məlumatına görə, buna səbəb onun erməni apostol kilsəsi ilə bağlı ölkə rəhbərliyinin mövqeyi və Erməni Apostol Kilsəsini dəstəkləyən Rusiyadan olan xeyriyyəçi Samvel Karapetyanın həbsi ilə razılaşmaması olub.

Spartakyan özü şəxsən qeyd edib ki, Yekaterinburqda yaşayıb və yaşamaqda davam edir. Və o, fəxri konsul statusu olmasa belə, Sverdlovsk sakinləri və erməni icması üçün lazım olan hər şeyi edəcəyinə söz verib.

“Mən bütün ermənilərin mənəvi birliyinin mühüm təməli kimi Erməni Apostol Kilsəsinə qarşı hər hansı hərəkəti yolverilməz hesab edirəm”, - Spartakyan əlavə edib.

Karapetyanın həbsi ilə bağlı mövqeyinə gəldikdə, o bildirib ki, bütün ermənilər kimi o da ona çox hörmət edir.

Xəbərdəə qeyd olunub ki, Spartakyan Yekaterinburqda böyüyüb, Yeltsin adına Ural Federal Universitetini bitirib. Sverdlovsk vilayətində İnsan Hüquqları üzrə Müvəkkilinin ofisində təcrübə keçib. Spartakyan 2018-ci ildə, 28 yaşı olanda fəxri konsul olub. Əvvəlcə onun konsulluq dairəsinə yalnız Sverdlovsk vilayəti daxil idisə,  sonralar Perm və Çelyabinsk vilayəti də daxil edilib.

QAZİLER.AZ

Seçilən
14
1
qaziler.az

10Mənbələr