AZ

Türkiyə hərbçisi şəhid oldu

Türkiyənin Şırnak Jandarma Komandanlığında xidmət edən çavuş Mehmet Ali Yıldırım şəhid olub.

Teleqraf xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, jandarma mütəxəssisi xidməti vəzifələrini icra edərkən qayadan yıxılıb.

Ağır yaralanan çavuş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Seçilən
41
6
sherg.az

9Mənbələr