ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Fransa son dövrlərdə Cənubi Qafqazda fəallığını artırmağa çalışır. Xüsusilə Ermənistanla yaxın münasibətlər quraraq regiondakı proseslərə təsir göstərmək istəyir. Fransa Milli Assambleyasında antiazərbaycan yönümlü qəbul edilən qətnamə də bu fikirləri təsdiq edir.
Bu yanaşma Azərbaycanın maraqlarına qarşı yönəlmiş addımlar kimi qiymətləndirilir. Fransa bölgədə öz nüfuzunu artırmaq və geosiyasi təsir dairəsini genişləndirmək məqsədilə birtərəfli və qərəzli mövqe nümayiş etdirir. Onun balanslaşdırılmamış mövqeyi həm Azərbaycanla münasibətlərin gərginləşməsinə, həm də Ermənistanın regiondan təcrid olunmasına səbəb olur.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında qətnamənin və Fransanın mövqeyinin sülh prosesinə mənfi təsir etdiyi barədə danışıb:
"Ermənistanla Fransa arasında bu kimi əlaqələr çoxdan mövcuddur. Fransa çalışır ki, Cənubi Qafqazda mövqeyini gücləndirsin və antiazərbaycan təbliğatını daha da dərinləşdirsin. Fransa Milli Assambleyasında qəbul olunan qərəzli qətnamə də guya "erməni məhbuslarla" bağlıdır, lakin əslində sülh prosesinə ciddi şəkildə zərbə vurmağa hesablanıb. Nə qədər ki, Fransa Ermənistanla strateji müttəfiqdir, bu münasibətlərdən ən böyük zərəri elə Ermənistanın özü görəcək".
Ekpert Baş nazir Nikol Paşinyanın heç vaxt Azərbaycanda olan ermənilər haqqında hər hansısa şərh vermədiyini söyləyib. Buna baxmayaraq Fransa Assambleyasında bu məsələlərin təhrif olunmuş şəkildə gündəmə gətirildiyinə diqqət çəkib:
"Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil. Azərbaycana qarşı məqsədyönlü anti-təbliğat kampaniyasını davam etdirir. Onların bu siyasi oyunları heç bir müsbət nəticə verməyəcək. Azərbaycan Kaledoniyaya ciddi dəstək nümayiş etdirdi. Bakı Təşəbbüs Qrupu da bu mövqedə Fransaya qarşı birgə dayanışma sərgilədi. Fransa rəhbərliyi bu məsələdən ciddi narahatlıq keçirir. Məhz bu səbəbdən Azərbaycana qarşı müxtəlif siyasi təzyiq üsullarını işə salmaqla tədbir görməyə çalışır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.