ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Suriya hakimiyyəti sentyabr ayında yeni müvəqqəti parlamentin formalaşdırılacağını elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə SANA dövlət xəbər agentliyi məlumat yayıb.
Uzun illər davam edən vətəndaş müharibəsindən və Prezident Bəşər Əsədin devrilməsindən sonra bu, ölkədə siyasi sistemin yenidən qurulması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.
Yeni parlamentə seçkilər 15–20 sentyabr tarixləri arasında keçiriləcək. 210 yerlik qanunverici orqanın 140 üzvü yerli seçki orqanları tərəfindən seçiləcək, qalan 70 deputatı isə ölkənin müvəqqəti prezidenti Əhməd Şəra təyin edəcək. Parlamentin fəaliyyəti 36 ay müddətinə nəzərdə tutulub.
Həmçinin oxuyun:
Bakıda forum keçirildi: Prezident çıxış etdi – VİDEO
Əvvəllər qəbul edilmiş müvəqqəti konstitusiya bəyannaməsinə əsasən, ölkədə beşillik keçid dövrü müəyyən edilib. Bu dövrdə parlament qanunverici hakimiyyət funksiyasını icra edəcək. Şəra tərəfindən imzalanmış fərmana əsasən, seçkilərə nəzarət məqsədilə 10 nəfərlik komitə yaradılıb. Komitənin sədri Məhəmməd Taha əl-Əhməd seçki planını şənbə günü Prezidentə təqdim edib.
Bəyanatda seçki prosesində qadınların da təmsil olunacağı xüsusi vurğulanıb. Namizədlik üçün müraciətlər prosesi yaxın həftələrdə başlayacaq, təbliğat kampaniyalarına isə bir həftəlik müddət ayrılacaq. Seçkilərdən əvvəl ictimai debatlar da planlaşdırılır.
Xatırladaq ki, Suriyada siyasi sabitliyin bərpası üçün qəbul edilən bu yeni model həm də gələcəkdə daimi konstitusiyanın qəbuluna və ümumxalq seçkilərinin keçirilməsinə hazırlıq mərhələsi kimi qiymətləndirilir.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.