Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə geyimi sənətçini ən əlverişsiz anda ruhdan salıb.
Sfera.az bildirir ki, Cennifer Lopez səhnəyə möhtəşəm qızılı libasda çıxıb. Onun qızıl saçaqlı yubkasının düymələri gözlənilmədən açılıb və düz səhnəyə düşüb. O, səhnədə ətəksiz qalıb. Gülməli anın videosu tez bir zamanda sosial şəbəkələrdə yayılaraq viral olub.
Tamaşaçılar ulduzu dəstəkləmək üçün yüksək səslə fit çalmağa başlayıblar.
Biabırçılıq sənətçinin komandasının ad günü şərəfinə onun üçün ənənəvi "Ad günün mübarək" mahnısını oxuduğu anda baş verib.
Təcrübəli sənətçi gözlənilməz vəziyyətə baxmayaraq, vəziyyətdən çıxmağa çalışıb. Ətək ilk dəfə düşəndə onun rəqqasələrindən biri tez kostyumu bağlamağa çalışsa da, cəhd uğursuz alınıb, ətək yenidən düşüb.
Sonda Lopez xəcaləti şounun bir hissəsinə çevirmək qərarına gəlib: o, paltarının bir hissəsini götürərək tamaşaçıların içinə atıb.
Qeyd edək ki, Varşavadakı konsert bu il ad gününü pərəstişkarları ilə qeyd edən müğənninin Avropa turnesinin bir hissəsi olub. Kostyumla bağlı texniki problemlərə baxmayaraq, tamaşa uğurlu alınıb.
Aynil