AZ

AZAL təyyarəsini vuranlar nə vaxt cəzalanacaq? - VİDEO

Azərbaycanin Rusiyadan əsas tələbi: təyyarəmizə atəş açanlarin aqibəti necə olacaq?

Turkustan.az xəbər verir ki, AzTV bu mövzuda süjet hazırlayıb.

"AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya rəsmilərindən cavab hələ də yoxdur. 7 ay keçib. Biz bilirik nə baş verib, onlar da bilir".

Xatırladaq ki, bunu iyulun 19-da Xankəndidı keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdi.

Dövlət başçısı bildirib: "Qonşu dövlətdən tələbimiz təbii idi. Təqsiri etiraf etməli, təyyarəni vuranlar cəzalandırılmalı, AZAL-a və həlak olanların ailələrinə təzminat ödənilməlidir.

Bu barədə daha təfərrüatlı danışa bilərəm. Bizim pilotlar cəsarət və peşakarlıq göstərdi. Bütün sərnişinlərin həlak olmasına imkan vermədilər. Aktauya gedən heyətimiz təyyarə gövdəsində qəlpələr aşkarlayıb

Ukrayna dronu ilə toqquşma iddiası gülüncdür. Guya o, AZAL təyyarəsini 2 dəfə hədəfə alıb. Bu, uşaq nağılıdır. Rusiya həmin vaxt öz hava məkanını bağlamayııb. "Kovyor" planı təyyarə vurulandan sonra elan olunub.

7 aydır cavab ala bilmirik. Baş prokurorumuz Rusiya İstintaq Komitəsinə məktub ünvanlayır, aldığı cavab "təhqiqat davam edir"dir. Bu o demək deyil ki, biz bu hadisəni unudacağıq. Beynəlxalq məhkəməyə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazımdır. "Malayziya təyyarəsi timsalında olduğu kimi".

Bu mövzud son açıqlamanı isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verib:

"Ola bilsin ki, ikitərəfli münasibətlərdə anlaşılmazlıq yaranıb və gərginlik artıb. Belə hallar qonşu dövlətlər arasında zaman-zaman baş verir. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası ilə başladı. Hadisə Rusiyanın ərazisində, onun hava məkanında baş verib və biz necə olduğunu bilirik - bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir".

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

/yenisabah.az/

Seçilən
5
2
turkustan.az

3Mənbələr