AZ

Universitet adını dəyişir? Rektordan cavab

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Doğrudur, ölkədə bəzi universitetlər artıq daha yığcam, yadda qalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. ADNSU-nun adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır".

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov bildirib.

O əlavə edib: "Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə “Azərbaycan Sənaye İnstitutu” – Azİİ adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Sezar pizza

Bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir. "AZİ Universiteti" adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
7
yenisabah.az

3Mənbələr